
QAİBANƏzərf [ər. qaib və fars. ...anə] Görməyərək və görünməyərək, görmədən, gizlidən, arxadan, qiyabi surətdə, şəxsən görmədiyi və tanımadığı halda. O adama qaibanə məhəbbətim var. - Qıllam sənə iştə bir vəsiyyət; Yad et məni, qaibanə yad et. A.Səhhət. Bu şəxsi də mən o vaxtdan qaibanə tanıyırdım. C.Məmmədquluzadə. Sənin sədaqətini Vahidə özüm demişəm; O da sevir, gözəlim, indi qaibanə səni. Ə.Vahid.
Paylaşın - Hamı bilsin
|