QALAis. [ər.] 1. Uzun müddət içində qapanıb düşmənə müqavimət göstərmək üçün möhkəm müdafiə tikililəri və vasitələri olan istehkam (məntəqə). Qərb tərəfdə uzanan dağlar Əsgəran qalasına çatdıqda .. bir-birinə yaxınlaşırlar. S.S.Axundov. Hava işıqlandıqca Girdman qalasının möhtəşəm bürcləri aydın görünməyə başlayırdı. M.Hüseyn. Qədimdə qala rolu oynamış yüksək və əksərən dairəvi şəkildə olan tikili; bürc. Qız qalası. Mərdəkan qalası. - Daşaltı çayının daş dələn səsi; Şuşa qalasının “Ərim gəldi” si.. Vahabzadə. // Qüllə. Qaladan azan səsini eşidərkən hər kəs öz evinə gedib süfrəyə hücum başlardı. H.Sarabski.
Həbsxana, dustaqxana, qazamat. köhn. Şəhər. [Ziba xanım:] ..Xan qala divarında bəy uşaqlarını bir-biri ilə güləşdirir. M.F.Axundzadə. məc. Dayaq, arxa, müdafiəçi, istinadgah mənasında. □ Uçan qala - uzaq məsafələrə uça bilən ağır bombardman təyyarəsi. Paylaşın - Hamı bilsin
|