
QALİBİYYƏTis. [ər.] Döyüşdə, müharibədə, mübarizədə, yarışda üstünlük, müvəffəqiyyət; qalib gəlmə, qələbə (məğlubiyyət ziddi). Düşmən üzərində qalibiyyət. Yarışda qalibiyyət qazanmaq. - Biz səadətin qədrini bildiyimiz kimi, qalibiyyətin məğrur sevincini də dərk etmişik. Ə.Məmmədxanlı. Müjdə çətin yaranır, muştuluq ondan çətin; Nə yaxşı ki, məğziyəm, çətin qalibiyyətin! X.Rza.
Paylaşın - Hamı bilsin
|