
QALINsif. 1. Kütləsi köndələn vəziyyətdə çox ver tutan, yoğun (nazik müqabili). Qalın kitab. Qalın divar. Qalın döşək. Qalın gön.
Bir-birinə çox yaxın ağaclardan, kollardan ibarət olan; sıx. Gün çıxıb, dağ başından uçdu duman; Qaralırdı qalın, qara orman. Səhhət. Qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların nəğmələri, iti bulaqların qıjıltısı, havanın təmizliyi insana ləzzət verir. N.Nərimanov. Saman və ot tayaları, qalın kol-kos, yaşıl ağaclar islandıqca havanı xoş bir ətirlə doldururdu. M.İbrahimov. // Kəsif, qəliz, qeyri-şəffaf. [Müəllim] lampasını keçirmişdi; otaq qalın bir qaranlığa büründüyündən nə yapdığını seçə bilmirdi. S.Hüseyn. məc. dan. Kobud, qaba. Paylaşın - Hamı bilsin
|