
QALINLAŞMAQf 1. Daha qalın olmaq. Bu kətan yuyulduqda qalınlaşır. // Getdikcə qalın olmaq, yoğunlaşmaq. Zorxana milinin başı nazik idi, lakin getdikcə qalınlaşırdı, ucu isə yumru idi. H.Sarabski.
2. Sıxlaşmaq, kəsifləşmək, çoxalmaq, gurlaşmaq. Yavaş-yavaş payız qışa çevrilir, bacaların tüstüsü qalınlaşırdı. M.Ibrahimov. .. Yuxarı qalxdıqca qar daha da qalınlaşır, sazaq adamın iliyinə işləyirdi. I.Şıxlı. Paylaşın - Hamı bilsin
|