QALIQməc. Sağalmaq. Xəstə artıq qalxıbdır. Xəstə tez qalxana oxşamır.
Bir şeyin üstünə, təpəsinə, başına çıxmaq; yuxarı çıxmaq, dırmaşmaq. Dağa qalxmaq. - Gördüm ki, camaat axşam vaxtı seyrəngaha çıxıb, yol ilə başyuxarı qalxanlara tamaşa edirlər. C.Məmmədquluzadə. O heç bir şey olmamış kimi ağır addımlarla pilləkəni qalxıb göy məhəccərli eyvana çıxdı. İ.Şıxlı. // Yüksəlmək. Göyə qalxan və yerin təkinə enən dalğalarda nə sığınacaq yer, nə əl çatacaq bir çöp vardı. M.İbrahimov. Gün iki cida boyu qalxmışdı. Mir Cəlal. // Daha yüksək bir vəziyyət almaq. Pərdə qalxdı. Qaşları qalxdı. Qabarmaq, şişib böyümək. Çiban dünənkinə nisbətən bir qədər qalxmışdır. - Relslər yanında torpaq bir girdab kimi köprüyüb qalxırdı. Ə.Məmmədxanlı. məc. Hərəkətə gəlmək, hərəkətə başlamaq, arağa qalxmaq, qalxışmaq, qiyam etmək. Mübarizəyə qalxmaq. Müdafıəyə qalxmaq. Bütün xalq işğalçılara qarşı qalxdı. Səvivvəsi artmaq, daha da yüksəlmək. Çayın suyu qalxmışdır. Barometr qalxmışdır. // Daha da güclənmək, artmaq. Hərarət qalxmışdır. Uşağın qızdırması qalxmışdır. məc. Vəzifəsi, rütbəsi, mövqeyi, nüfuzu yüksəlmək, tərəqqi etmək, irəliləmək. O, elm sahəsində xeyli qalxmışdır. Birdən başlamaq, qopmaq, ucalmaq, artmaq və s. mənasında olaraq, köməkçi feil kimi bir sıra isimlərin qabağına gətirilir. Külək qalxdı. Toz qalxdı. Səs-küy qalxdı. - Zurna düzəldi. Dəf vuruldu. Çəpik səsi qalxdı. Çəmənzəminli. Dənizdə tufan qalxır. Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüsevn. Paylaşın - Hamı bilsin
|