
QALMAQALis. Səs-küy, dava, dava-dalaş. Qalmaqal salmaq (etmək). - Hər zaman ki, səndən umdum şəfəqqət; Bir dava başladın, qalmaqal etdin. M.P.Vaqif. Emalatxanada böyük bir qalmaqal çıxdı. M.S.Ordubadi. Qapı ağzında oturan köhnə cahıl işin şuluq olduğunu və qalmaqal olacağını görüb, mütrübün oyununu saxladı. H.Sarabski. // Dediqodu, söz-sov, cəncəl. [Şölə xanım:] Onun qalmaqalının qorxusundan hərgiz cürət edib bura ayaq basa bilməz. M.F.Axundzadə. ..Getdin Məhəmmədhəsən əminin eşşəyini gətdin, bizi qoydun qalmaqalda? C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|