
QALXMAQf. 1. Ayağa durmaq, dik vəziyyət almaq. Müəllim sinfə girdikdə şagirdlər qalxdılar. Bütün salondakılar ayağa qalxdılar. Hamı yerindən qalxıb sıraya düzüldü. Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət. Gəlinlər, qızlar ağırağır enib qalxırdılar. Çəmənzəminli. // Yuxudan ayılıb yatağından durmaq. Uşaqlar çoxdan qalxıblar. - Gecənin yarısı qalxıb yataqdan; Tökdüm qabağıma şeirlərimi. B.Vahabzadə.
Paylaşın - Hamı bilsin
|