
QAPIBİRsif. Çox yaxın, lap yaxın, qapıqapıya. Qapıbir qonşu. - Yoxsa həqiqətdə bizim südümüzün bərəkəti həmin qapıbir qonşularımızın pambığının bərəkətinə bağlıdır. Məmmədquluzadə. Lətifəgilin qapıbir qonşusu mühəndis Tapdıqov daldan gəlir, qızların söhbətini aydın eşidirdi. M.Hüseyn.
Paylaşın - Hamı bilsin
|