
QAQQILDAŞMAQqarş. 1. Hamı birdən qaqqıldamaq. Qatarlaşıb nə diyardan gəlirsiz; Qaqqıldaşa-qaqqıldaşa (z.) durnalar? Q.Zakir. Kəkilli durnalar hey qatar-qatar; Qaqqıldaşıb keçir, açılmış bahar. R.Rza.
2. Qəhqəhə ilə gülmək, bir-birinə qoşulub bərkdən gülmək. Qaqqıldaşa-qaqqıldaşa gülərlər; Canlar alan sövtə-sədayə bir bax. Q.Zakir. Bir deyib, bir gülüb, aşıb-daşırlar; Bəzən kəklik kimi qaqqıldaşırlar. S.Vurğun. Paylaşın - Hamı bilsin
|