
QAQQILTIis. 1. Toyuq, kəklik, durna çığırtısı. Qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. S.S.Axundov. Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli.
Qəhqəhə; qəhqəhə ilə gülüş. Bundan sonra bəylər qaqqıltı ilə gülməyə başladılar. S.S.Axundov. Cəlal yenə də özünü saxlaya bilməyib qaqqıltı ilə güləndə, acığından Tahirin əlləri titrəməyə başladı. M.Hüseyn. Paylaşın - Hamı bilsin
|