
QARAGÖZ(LÜ)sif. Gözləri qara. Qaragöz qız. Qaragöz oğlan. - Böyük qız ucaboylu, incəbelli, qaragözlü, uzun qarasaçlı, .. nəzakətli bir .. gözəl olduğunu sübut edirdi. S.S.Axundov. Qaragözlü, şahin oğlan; Az danışar, düşünərdi. N.Rəfibəyli. // is. Qaragöz qız mənasında. Bu qaragözlüləri bunca sevmişəm, Vahid! Nə yaxşı olmamışam bəxti qarə, şükr olsun! Ə.Vahid.
Paylaşın - Hamı bilsin
|