
QARAGÜN(LÜ)sif. Bədbəxt, başıbəlalı, yazıq; həyatı, güzəranı çox ağır keçən. [Səkinə xanım:] Sənin adına və abrına zərər yetişməsin deyən, mən gərək ömrüm olduqca özümü qaragünlü edim? M.F.Axundzadə. // İs. mənasında. Kim ki səninlə olmadı sübhiəzəldə aşina; Taəbəd ol qaragünün bəxti səhab içindədir. Nəsimi. Hər yerdə qaragünlü xətadan uzaq olmaz. Q.Zakir.
Paylaşın - Hamı bilsin
|