QARAGÜRUHÇUis. tar. Çar Rusiyasında: silahlı talançı bandaların iştirakçısı; irticaçı padşahpərəst təşkilatlardan birinin üzvü. Qaragüruhçu dəstələr. Qaragüruhçu təşkilatlar. // Ümumiyyətlə, qatı irticaçı. Vəziyyətdən çıxmaq üçün yeni ildə uşaqlardan təhsil haqqı alınması qərara alındı. Belə olduqda camaat arasında narazılıq yarandı. Bundan istifadə edən qaragüruhçular Sabirin üzərinə daha şiddətlə hücuma keçməyə başladılar. “Hophopnamə” .
Paylaşın - Hamı bilsin
|