
QARAQABAQsif. Üzü gülməyən, qaşqabaqlı; üzügülməz, adamayovuşmaz. Qaraqabaq adam. - Yazıq o şəxsə ki qaraqabaqdır; Nə qədər yaraşır insana gülmək! M.Müşfiq. Evində və kənarda bəzən əsəbi, qaraqabaq, qaradinməz görünən bu qadının burada, bağçada kədərləndiyini, ya hirsləndiyini görən olmamışdı. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|