QARIMAQf. 1. Qocalmaq, qoca yaşlarına çatmaq (bəzən “qocalıb-qarımaq” şəklində işlənir). ..Bu qırx ildə də qarıdıqca onun [Ziba xanımın] qısqanclığı artıbdır. S.Rəhimov. Səni sevən cavan olur günbəgün; Qarımaz, qocalmaz, tərtəzə gedər. M.P.Vaqif. Ey dünya, varmıdır səndə yarıyan; Ömür sürüb, çox qocalıb-qarıyan? Aşıq Cümə. // məc. Qocalıb təcrübə qazanmaq.
Suda çox qalmaqdan qırış-qırış olmaq (dəri haqqında). məh. Ciftləşmək (heyvan haqqında). □ Qoşa qarıyasan (qarıyasınız)! - ərlə arvada, yaxud yenicə evlənənlərə “birlikdə çox yaşayasmız!” mənasında xoş arzu bildirir. [Zalxa:] Tarverdi, Pərzad ilə qoşa qarıyasan! Çoxlu oğul, qız görəsən! M.F.Axundzadə. Oğul fikri, qız arzusu, qoşa qarımaq; Xəyalından çıxmayırdı o xoşbaxtların. S.Vurğun. Paylaşın - Hamı bilsin
|