İzahlı lüğət

QARINCA

bax qarışqa. Qarıncaların yuvasında iki cür qarınca olur: qanadlı və qanadsız. H.Zərdabi. Kəpənəklər uçuşur; Qarıncalarqaçışır; Azuqəsin toplayır. H.K.Sanılı. Qarınca (yuvası) kimi qaynaşmaq (qaynamaq) - bax qarışqa kimi qaynamaq (“qarışqa” da). Qarınca kimi qaynaşmaqda olan minlərcə adamları bir-bir gözdən keçirdi. A.Şaiq. [Nadir] yenə bu ailəyə [fəhlələrə] qoşuldu, onunla bitişdi və onun ayrılmaz bir hissəsi olaraq, qarınca yuvası kimi qaynayan mədənlərin arasında itib-batdı. B.Talıblı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed