QARINƏNƏis. 1. Qoca nənə; ata, ya ananın anası. Birdən xoruzlar hinlərdə banladı, Qarınənə sübh olduğun anladı. A.Səhhət.
2. Ümumiyyətlə, qoca arvad, qoca qarı. Deyirlər tapılıb Babək qılıncı; Muştuluq paylayın, qarı nənələr! M.Araz. □ Qarınənə qurşağı (örkəni, cecimi) göy qurşağı, qövsi-qüzeh (Günəş şüalarının yağış damcılarında sınması nəticəsində göydə görünən qövs şəklində əlvan qurşaq). Paylaşın - Hamı bilsin
|