
QARIŞ-QARIŞzərf 1. Qarışla ölçərək. Qarış-qarış ölçmək. Yeri qarış-qarış bölmək. // Hər dəfəsində bir qarış. Yaşıl otlar gecələr qarış-qarış qalxır. Ə.Vəliyev.
məc. Qarışla ölçər kimi, heç bir yerini buraxmadan; hər tərəfini, hər yerini, hər nöqtəsini. O yerləri qarış-qarış gəzmişəm. O bu rayonu qarış-qarış bilir. - Gəzib bu dost elləri dolansan qarış-qarış; Hər yanda görəcəksən: yüksəliş, zəfər, yarış. Ə.Cəmil. Paylaşın - Hamı bilsin
|