QARIŞIQLIQis. 1. Qarışıq şeyin halı.
Tərtibsizlik, nizamsızlıq, qaydasızlıq. Hərc-mərclik, nizamsızlıq; asayişin, əmin-amanlığın olmaması. Qarışıqlıq düşmək. - Nə bilim, deyirlər ki, Zəncan tərəfində qarışıqlıqdır. M.İbrahimov. Müəllim bu qızı tanıyırdı.. Atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal. Anlaşılmazlıq, dolaşıqlıq. Üslubun qarışıqlığı. Fikrin qarışıqlığı. Paylaşın - Hamı bilsin
|