İzahlı lüğət

QARIŞQA

is. Torpaq altında böyük cəmiyyət halında yaşayan zərqanadlılar fəsiləsindən kiçik cücü. Qara qarışqa. Sarı qarışqa. Atlı qarışqa (qarışqanın yüyürək bir qismi). Qanadlı qarışqa.
□ Qarışqa kimi, yaxud qarışqa yuvası kimi (qaynamaq) - sayca həddindən artıq şey haqqında. Küçələrdə adam qarışqa kimi qaynayır. - Şəhəryuxarısındakı bu geniş düz qarışqa yuvası kimi qaynayırdı. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
.....i_l_by_id_with_comments