
QAŞ-GÖZis. Qaşlar və gözlər. Qaş-gözü qara oğlan. - Can qurban eyləsən, layıqdı, layıq; Bir yar ki, mətləbi tez qanan ola; Işarətlə, qaş-göz ilə anlaya; Nəinki deməklə söz qanan ola. Aşıq Ələsgər. □ Qaş-göz atmaq (oynatmaq), qaş-gözlə danışmaq - nazqəmzə etmək. Qaş-gözün atanda ciyər qan olur; Zülf sevəndə nə din, nə iman olur. M.P.Vaqif. Danışdı qaş-göz ilə, hər ötən naəhl ilə zalim; Şikəstə Zakiri gördükcə ox çəkdi, kaman tutdu. Q.Zakir. Qaş-göz eləmək qaşlarını və gözlərini oynatmaqla işarə etmək, bir şey bildirmək. Səməd üzünü Məşədi Heydərə tutub qaş-göz elədi. B.Talıblı. Qaşla göz arasında - bir anda, göz yumub açınca. Qaşla göz arasında evə gedib qayıtdı. Qaşla göz arasında yox oldu.
Paylaşın - Hamı bilsin
|