
QASIRGAis. Ardı kəsilmədən fırlanıb havaya qalxan çox şiddətli, iti külək; tufan, boran. Pozmamışdır vüqarını nə qasırğa, nə tufan. S.Rüstəm. Biz tufanda, qasırğada qayalarda külüng vurduq; Hər dalğanın üstündə biz hər gün yeni buruq qurduq. Z.Xəlil. Qasırğa kimi - çox şiddətli və iti (sürətli). [Çapqınçılar] gözlənilməz bir qasırğa kimi bir anda qopub qarşılarına çıxan hər şeyi çapıb talayır və yox olurdular. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|