
QASTROLis. [alm.] Başqa şəhərlərdən və ya ölkədən gəlmiş artistin, yaxud teatrın, sirkin və s. tamaşası. Paytaxt artistlərinin qastrolu. Artistləri qastrola dəvət etmək. [Əmirxan:] Gündə bir qastrol, bir müsamirə... Bəs soyutmayacaq səni evindən? S.Vurğun. [Artistlər] Dərbənddə qastrol verib geri qayıdırdılar. S.Rəhman.
Paylaşın - Hamı bilsin
|