
QATLAMA1. “Qatlamaq” dan f.is.
is. Yağda bişirilmiş qat-qat çörək, yağlı fətir. Gözəl.. atası evinə gələndə azı üç-dörd gün qalırdı. Bu zaman qardaşı arvadları onlar üçün fəsəli və qatlama bişirərdilər. M.Hüseyn. sif. Qatlanan, açılıb-yığılan. Qatlama nərdivan. Qatlama kürsü, çarpayı. Qatlama yaxalıq. - Xeyli keçdi, əllər sakitləşdi, qatlama skamyalar səsləndi. Ötəri bir sakitlik salonu bürüdü. S.Rəhimov. Şirəli kişi anbarın qatlama qapılarını açdı. S.Rəhman. Salonda üç qatlama stol açıb bir-birinə bitişdirmişdilər. Ə.Vəliyev. sif. Büzmə, büzmə-büzmə. Paylaşın - Hamı bilsin
|