
QATLAŞMAQf. Dözmək, tab gətirmək, səbr etmək, istər-istəməz razı olmaq, şikayət etmədən və müqavimət göstərmədən qəbul etmək. Çətinliyə qatlaşmaq. - Mən gündə seminariyada iyirmi-otuz .. uçitellər ilə əl-ələ vermişəm! Vallah, belə bilsəydim ki, axırı belə olacaq, heç vaxt bu zəhmətlərə qatlaşmazdım. C.Məmmədquluzadə. [Haşım] əkirdi, biçirdi və hər bir ağır zəhmətlərə qatlaşırdı. B.Talıblı. [Telli] Islamı sevmiş, onun hər cəfasına qatlaşmışdı. S.Hüseyn.
Paylaşın - Hamı bilsin
|