
QAZANMAQf. 1. İşləməklə, çalışmaqla əldə etmək. Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın. C.Məmmədquluzadə. // Fayda götürmək, udmaq. Oyunu kim qazandı? Qazanc əldə etmək, qazanc götürmək. [Səlimi:] Ağayi-Hikmət İsfahani, Tehranda oturmuşsunuz, ticarət kontorlarınız işləyir, .. yüz min tümənlərlə qazanırsınız. M.İbrahimov.
Ümumiyyətlə, əldə etmək, nail olmaq. Hörmət qazanmaq. Müvəffəqiyyət qazanmaq. - [fridun] tez bir zamanda darülfünun tələbələri arasında özünə hörmət və məhəbbət qazanmışdı. M.İbrahimov. Tapdıq qazmaçılar arasında öz mehribançılığı ilə şöhrət qazanmış məşhur bir usta idi. M.Hüseyn. // Yiyələnmək, sahib olmaq. Elmü ürfan qazanmağa getdiyi yerdə; Əsir oldu, aşıq oldu bir qumral qıza. Ə.Cavad. Paylaşın - Hamı bilsin
|