QƏBALƏis. [ər.] köhn. Bir mülkün və sairənin alınıb-satılması haqqında rəsmi sənəd. Bunlar pul təməssükləri, mülk qəbalələri və sair lazımsız kağızlardı. M.S.Ordubadi. [Həkimülmülk:] Malımız da, canımız da qurban olsun, sabah qəbaləsini.. təqdim edərəm, - deyib yel kimi özünü çölə atdı. M.İbrahimov. Mərdan uşağı içəri çağırıb soruşdu: - Kim var sizdə? - Məşədi Yusif əmi. Qəbalə yazır. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|