QƏDDis. [ər.] 1. Boy, boy-buxun, qamət. Qəddin ki, sərvi-xuraman ilən bərabərdir. Qövsi. Zorbadır hərçənd ki, qəddin sənin; Yox mənə tay olmağa həddin sənin. M.Ə.Sabir.
2. Bel. □ Qəddi bükülmək (əyilmək) beli bükülmək. Ala gözlüm, səndən ayrı düşəli; Qədd əyilib, bel bükülüb, huş gedib. Aşıq Ələsgər. Qəddi bükülmüş (əyilmiş) beli bükülmüş. Qəddi bükülmüş bu qocanın nəmli nəzəri.. dalğaları sürətlə yararaq gedən bir gəmiyə dikilmişdi. M.Hüseyn. Nazimə xalanın saçı ağarmış, qəddi əyilmiş, səsi də .. alçalmışdı. Mir Cəlal. Qəddini bükmək (əymək) - 1) belini əymək, əyilmək. Müfəttiş əlini döşünə qoyaraq uzun qəddini əydi. S.Rəhimov; 2) məc. bədbəxt etmək, belini qırmaq, sarsıtmaq. Ey ərənlər, sındırıblar belimi; Möhnət yükü qəddim əyər, ağlaram. M.V.Vidadi; 3) məc. əyilmək, tabe olmaq, alçalmaq. Qəddini düzəltmək belini düzəltmək, ayağa qalxmaq. Qaçay qəddini düzəldib, yan-yörəsinə baxdı: ətrafda kimsə görünmürdü. İ.Məlikzadə; 2) məc. zülm və əsarətdən qurtarmaq. Qəddini kaman etmək- bax qəddini bükmək 2-ci mənada. Yəqin fəraqın edər qəddimi kəman, getmə! X.Natəvan. Paylaşın - Hamı bilsin
|