
QƏDƏHis. [ər.] Şərab, su və s. içməyə məxsus qab; piyalə, kasa. Şərab qədəhi. Saqi, kərəm eylə, cam gəzdir! Durma, qədəhi müdam gəzdir! Füzuli. Bir az sonra şişlik qoxusu, zurna-qaval səsləri, şərab qədəhlərinin cingiltisi bir-birinə qarışdı. M.Rzaquluzadə.
Paylaşın - Hamı bilsin
|