QƏDƏKis. köhn. Pambıqdan toxunma sadə və ucuz parça, tünd göy rəngə boyanmış bez. Bazarın bir küncündə tikilmiş dükanın içində qədəkdən, bezdən, şilədən, alçaq çitlərdən tökülübdür. M.F.Axundzadə. [Hacı Kərim] əvvəlləri İrana səfər edərək çit, qələmkar və qədək alıb satırdı. A.Şaiq. [Gülnazın] əynində çiynindən dizinə qədər uzanan boz qədəkdən tikilmiş bir köynək vardı. M.İbrahimov. // Bu parçadan tikilmiş. Xudayar bəy karvansaranın qapısına yetişcək, içəridən bir alçaq, qədək arxalıqlı .. kişi çıxıb, qaşqabaqlı üz tutdu Xudayar bəyə. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|