İzahlı lüğət

QƏDİR1

is. [ər.] Dəyər, qiymət; etibar, hörmət, heysiyyət, ləyaqət. □ Qədr(ini) bilmək - layiqincə qiymətləndirmək, bir adamın və ya bir şeyin qiymətini, dəyərini, əhəmiyyətini başa düşüb onu qorumaq, mühafizə etmək. Firaqi çəkməyən aşiq vüsalın qədrini bilməz; Cəmilə olmayan vasil cəmalın qədrini bilməz. Nəsimi. Aşıq Ələsgərin qədrini bilsən; Yerin var göz üstə, gəz, qadan alım! Aşıq Ələsgər. [Tahir:] Usta, məni o qədər də avam hesab eləmə. Mən zəmanəmizin qədrini yaxşı bilirəm. M.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed