
QƏDİRBİLMƏZsif. Adama qiymət qoymayan, adamın qədrini bilməyən; yaxşılıq bilməyən. Qədirbilməz adam. - Haq bilir ki, səni necə istərəm; Ay bivəfa, qədirbilməz, bəri bax! M.P.Vaqif. Gözəlin bəzisi bədniyyət olur; Qədirbilməz olur, bihürmət olur. Q.Zakir. Gövhər qalıb qədirbilməz əlində; Tərlan olub sar əlinin dustağı. Aşıq Ələsgər.
Paylaşın - Hamı bilsin
|