
QƏFİLDƏNzərf Birdən, birdən-birə, gözlənmədən, xəbərsiz, ansızın. Qəfildən vurmaq. - Nəbigil qəfildən [bəylərin] qabağına çıxıb atlarını saxladılar. “Qaçaq Nəbi” . ..Qəfildən girən qonaq ev sahibinin xəcalət çəkməsinə səbəb ola bilər. M.S.Ordubadi. Birdən tingə başında qəfildən bir dəstə qız onun qarşısına çıxdı. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|