İzahlı lüğət

QƏHQƏHƏ

is. [ər.] Bərkdən gülüş, səslə gülmə. Bu sözə qarşı oturan sərxoşlardan qeyri-təbii qəhqəhələr eşidildi. M.S.Ordubadi. Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu. A.Şaiq. Ancaq qızı qəhqəhə ilə güləndə Mirzə Hüseyn gülümsünərək ayağa qalxdı. S.Rəhman. □ Qəhqəhə çəkmək - qəhqəhə ilə gülmək; bərkdən, səslə gülmək. Tamam qorxunc bir qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Sitarə ata-anasını görcək, qəhqəhə çəkib .. deyirdi: - Bilmirsiniz? Nişanlıma gül yığmağa getmişdim. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed