İzahlı lüğət

QƏHRƏMAN

[fars.] 1. sif. Müharibədə, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq nümunəsi göstərən; igid. Qəhrəman ordu. Qəhrəman əsgər. // İs. mənasında. Azərbaycanın milli qəhrəmanları. - Seyr edin zamanın qəhrəmanını; Əynində şinel var, çiynində tüfəng. S.Vurğun. Bu gün alqış demək qəhrəmanlara; Dünyada hər şeydən mənə şirindir. O.Sarıvəlli. // sif. Qoçaq, cəsur, qorxmaz. [Ceyran] cəsur, mətin, qəhrəman bir qadın idi. S.Hüseyn.
is. Öz dövrünün ictimai mühitinin səciyyəvi xüsusiyyətlərini özündə təcəssüm etdirən şəxs. Zəmanəmizin qəhrəmanı.
is. Ədəbi əsərdə iştirak edən şəxslərin ən birincisi, başlıcası. Romanın qəhrəmanı. Pyesin qəhrəmanı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed