
QƏHVƏis. [ər.] 1. Tropik ölkələrdə bitən qəhvə ağacının girdə ətirli dənləri. Qovrulmuş qəhvə. Üyüdülmüş qəhvə.
2. Bu dənənin ovuntusundan hazırlanan içki. Qəhvə içmək. Qəhvə bişirmək. Qara qəhvə. Südlü qəhvə. - [Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. // Qəhvə surroqatı. Arpa qəhvəsi. Palıd qəhvəsi. Soya qəhvəsi. □ Qəhvə dəyirmanı - b ax dəyirman. Paylaşın - Hamı bilsin
|