
QƏLƏMDANis. [ər. qələm və fars. ...dan] Qələmqabı, qələm qoymaq üçün uzunsov qutu. Məşədi Molla Həsən əvvəl eynəyi taxır gözünə, sonra qələmdanı açır. C.Məmmədquluzadə. [Əhməd:] Sən elə yüz ildir gözünü bir qələmdan ilə bu kitaba dikibsən. Ə.Haqverdiyev. Molla Fərzəli qələmi qələmdana qoydu.. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|