İzahlı lüğət

QEYZLİ

sif. və zərf Hiddətli, acıqlı, hirsli, qəzəbli; hiddət, acıq, hirs, yaxud bərk narazılıq ifadə edən. Qeyzli baxış. Qeyzli sifət. - Heydər əmi qeyzli çıxardı küçəyə və gəlib yapışardı qulaqlarımdan, qalxızardı göyə. C.Məmmədquluzadə. Kassiri qeyzli çağırıb buyurdu ki, “komandir” ə on manat versin. Ə.Haqverdiyev.
qeyzli-qeyzli zərf Acıqlı-acıqlı, hiddətlə. Qeyzli-qeyzli danışmaq. - Lütfəli bəy evinə gəlib, qeyzli-qeyzli gəzinərək öz-özünə deyirdi: - Arvad, dayan, gör mən sənə nə qayıraram. İ.Musabəyov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

QA

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed