
QIRMIZILIQis. 1. Qırmızı rəngdə olan şeyin halı; allıq. Qanın qırmızılığı. Üzün qırmızılığı. // Qırmızı rəng, qırmızı ləkə, qızartı. Boğazında qırmızılıq var. Yara yerinin qırmızılığı getdi. - [Rzaqulu xanın] çöhrəsi qayət solğun isə də, yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi. [Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında .. bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn.
məc. Həyasızlıq, utanmazlıq. Paylaşın - Hamı bilsin
|