
QIRMIZISAQQALsif. Saqqalı qızardılmış, saqqalı hənalı. Qırmızısaqqal qoca. - Çadırda turanlı qırmızısaqqal bir qoca oturmuşdu. A.Bakıxanov. [Zeynal] lap yuxarı qəfəsədən beş top çiti çiyninə alaraq nazik taxta nərdivanla aşağı düşən qırmızısaqqal bir kişini görüb dedi.. Ə.Əbülhəsən. // is. Saqqalına həna qoymuş kişi; dindar, mövhumatçı. Yazıq şair övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə.
Paylaşın - Hamı bilsin
|