QIROV1is. Payızın axırlarında soyuqlar düşəndə gecələr yerə, yarpaqlar və s. üzərinə kiçik kristallar şəklində qonan qar kütləsi, şehin donmuş zərrələri. Əgər qışda hava çox soyumuş olsa, şəbnəm dönüb buz olur, yerə düşür ki, ona qırov deyirlər. H.Zərdabi. Atım köpüklənir, atım buğlanır; Donmuş qırov kimi sinəsində tər. S.Vurğun. Üstünü şeh və qırov basmış körpə otlar günəşin işıqları altında parıldayırdı. M.İbrahimov.
Paylaşın - Hamı bilsin
|