QIRPMAQf. 1. Tez-tez yumub-açmaq, örtüb-açmaq (gözü, kirpiyi). Musa kişi dərinlərə getmiş, təkcə giləsi işıldayan gözlərini qırpdı. M.İbrahimov. □ Göz qırpınca
bir anda, göz yumub açınca. Göz qırpmamaq - qorxmamaq, çəkinməmək. Ən qanlı savaşlarda qorxu bilməyən, ən müdhiş həqiqətlərlə üz-üzə gəldikdə gözünü belə qırpmayan Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə. Gözlərini (kirpiklərini) qırpmadan (qırpmayaraq) baxmaq - gözlərini yummadan baxmaq. Cəlil başını sərt bir hərəkətlə dik qaldırdı, kirpiklərini qırpmadan durğun bir nəzərlə.. baxdı. M.Hüseyn. // Gözlərini zilləyib baxmaq, gözünü çəkməmək. Zeynəb də Nadirin kəmetinalığını gördükdə sakit oturub gözlərini qırpmayaraq otağın bucağında asılmış tüfəngin çaxmağına baxırdı. B.Talıblı. Bir şeyin qıraqlarını, uclarını və s.-ni kəsib atmaq, kəsmək, vurmaq, balaca-balaca qoparmaq. Lampanın fitilini bir az qırpmaq lazımdır. Dişləri, ya dimdiyi ilə dartıb qopartmaq. Qazlar otu qırpırdılar. Paylaşın - Hamı bilsin
|