
QIYMAMAQf. Heyfi gəlmək, əsirgəmək, bir şeyi başqasına rəva görməmək. İstər başına durub dolansın; Qıymaz uşaq uyqudan oyansın. A.Səhhət. [Cənnətəli:] Sən öləsən, Mirzə, tulalarımın içində elələri var ki, birini bir ata qıymırsan. N.Vəzirov. [Mürsəl:] ..[Anam] yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır.. Mir Cəlal.
Paylaşın - Hamı bilsin
|