
QIYMAQ1f. Heyfi gəlməmək, əsirgəməmək; bir şeyi başqasına rəva görmək. Könül rəva görməz səni yad görə; Səni özgəsinə qıyan deyiləm. M.P.Vaqif. [Tükəz:] Sənin evində zəhirmar da tapılmaz; olsaydı onu da qıyıb bizə verməzdin. M.F.Axundzadə. [Sadıq:] Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ə.Haqverdiyev.
Paylaşın - Hamı bilsin
|