İzahlı lüğət

QIZ

is. 1. Qadın cinsindən olan uşaq, övlad. Yusifin Səlimədən başqa bir oğlu və iki qızı var idi. N.Nərimanov. Gəlinlər, qızlar ağır-ağır enib qalxırdılar. Çəmənzəminli.
Hədd-büluğa çatmış, lakin hələ ərə getməmiş qadın cinsli cavan. Qızlar, oğlanlar yanaşı oturmuşdular. M.Hüseyn. [Bəşir:] Ana, .. mənə nə bəy və nə də dövlətli tacir qızı lazım deyil, arayıb bir kasıb qızı taparsan. S.S.Axundov. [Buğacın anası] atını məhmizləyib qırx qızla birgə çölə, ovlağa sarı üz qoydu. M.Rzaquluzadə. // Bakirə mənasında. □ Qız almaq - evlənmək, evləndirmək. Qız kimi - tərbiyəli, utancaq, məsum, ismətli. Gizli bir eşq var bənzər dənizə; Qız kimi qısılıb ana Təbrizə; Odur ki, çıxmayıb üzə Şahgölü. S.Tahir. Qız köçürmək - qız ərə vermək. Qadınlar toplanıb oynayır, çalır; Qızı köçürməyə az zaman qalır. M.S.Ordubadi. Qız qalmaq - ərə getməmək. Gülpərinin bəd xasiyyəti onun indiyə kimi qız qalmasına səbəb olmuşdu. S.S.Axundov. Qız vermək - birinə qızını verib onunla qohum olmaq. Əmir həzrətləri, siyasətlər əksəriyyətlə qız verib, qız almaq və qohum olmaq əsasında qurulubdur. M.S.Ordubadi. ..Kasıbına mərddi, - dedik; Mərd kasıba qız vermədik. M.Araz.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed