
QIZARDILMIŞf.sif. 1. Qırmızı oluncaya qədər qızdırılmış, közərdilmiş. O, indi körükdə qızardılmış dairəvi bir dəmir parçasına bənzəyirdi. M.Hüseyn. Şiddətli od üstündə qızarıncaya qədər bişirilmiş; qovrulmuş. Qızardılmış toyuq. Qızardılmış ət. Qızardılmış balıq. - [Əşrəf] qızardılmış bildirçinləri çıxardıb stolun üstünə qoydu.. İ.Şıxlı. Qırmızı rəngə boyanmış. Qızardılmış parça, bez.
məc. Bərk utandırılmış. Paylaşın - Hamı bilsin
|