
QOCALIQis. 1. Qoca adamın, heyvanın və ya ağacın halı. Ay ağalar, tutdu qoldan; Bixəbər birdən qocalıq. Molla Cümə. Atalar oğul istər ki, qocalıqda söykənəcəkləri olsun. Mir Cəlal.
2. Qədimlik, köhnəlik. □ Qocalıqda yorğalıq - yaşlı adama yaraşmayan hərəkət haqqında. [Hacı Murad:] Ay sağ olmuş, mənim ömrüm keçmişdir, qocalıqda nə yorğalıq? S.S.Axundov. Paylaşın - Hamı bilsin
|