QOÇAQsif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd. [Heydər bəy:] ..Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə. Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? C.Məmmədquluzadə. // Zirək, bacarıqlı, dilavər.
[Ahıl qadın:] ..Cahan hər işi düzəldir, qoçaq arvaddır. Ə.Haqverdiyev. // İs. mənasında. Zülməti-şəbdə qızarır dan yeri; Haydı, qoçaq, haydı igid, qoş, yerif A.Səhhət. Vətən oğlu, el qoçağı Bəxtiyarf Sənə ölməz igid desəm, yeri var. R.Rza. // Nida yerində. Ay qoçaqf Ay qoçağımf - [Ağa Kərim xan:] Bərəkallah, qoçağım Rəhim, afərinf N.Vəzirov. Paylaşın - Hamı bilsin
|