
QOÇUis. köhn. Keçmişdə: xalqa əziyyət verən, camaatı qorxu altında saxlayan, tədhiş edən, qan tökməkdən çəkinməyən, özbaşınalıq edən adam; qolugüclü. Qoçular, quldurlar qatar taxardı; Fağır-füqərayə yanyan baxırlar. Aşıq Ələsgər. Yerli neft burjuaziyasının mənfəətini müdafiə üçün yüzlərcə maaş alan qoçular vardı. M.S.Ordubadi. Bakı qoçuları bütün şəhərdə özbaşınalıq edirdilər. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|